Saakaşvili erməni nazirlə davasından yazdı — Video

Odessa qubernatoru Mixail Saakaşvili Ukraynanın erməni naziri Arsen Avakovla davasından yazıb.

Axar.az xəbər verir ki, Saakaşvili Feysbuk hesabında erməni nazirlə mübahisəsi zamanı səsləndirdiyi fikirlərə görə təəssüflənmədiyini bildirib.


«Heyfsilənirəm ki, Baş nazir Arseni Yaçenyuku oğru adlandırdım, ancaq

bu, həqiqətdir. Baş nazir və daxili işlər naziri barəsində oğru sözündən istifadə etdim və bu fikirlərimdən imtina etmirəm», — Saakaşvili qeyd edib.

Xatırladaq ki, az öncə Arsen Avakov Saakaşvili ilə aralarındakı davanın videosunu yaymışdı.

Добавить комментарий