Şair Məmməd Aslan vəfat etdi

 Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Azərbaycanın görkəmli ziyalısı, şairi istedadlı tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət xadimi Məmməd Aslan dünyasını dəyişib.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1957-62-ci illərdə APİ-nin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. Bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı «Yenilik» qəzeti redaksiyasında məsul katib vəzifəsində çalışıb. 1970-ci ilin sonlarında Bakıya köçərək, burada «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Azərbaycan gəncləri», «Ədabiyyat və incəsənət» qəzetlərində çalışıb. «Yazıçı» nəşriyyatında böyük redaktor, Azərbaycan Dövlət Teleşirkətinin «Ekran-Efir» qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə «Azərbaycan müəllimi» qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Bir neçə şer kitabının müəllifidir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələr edib.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif edilib.

Müsavat Partiyası şairin ailəsinə və yaxınlarına dərin baş sağlığı verir.

Allah rəhmət eləsin!

bastainfo.com 

Добавить комментарий