Seçki sorğuları: müxalifət öndədir

ərkəzi Seçki Komissiyasının məlumatına görə, noyabrın 1-də keçiriləcək parlament seçkilərində 767 namizəd iştirak edəcək. Əvvəlcə qeydə alınan namizədlərin sayı 1200-dən artıq olub, 479 nəfər namizədliyini geri götürüb. Namizədlərin geri götürülməsi mərhələsi başa çatdıqdan sonra MSK onların neçəsinin bitərəf, neçəsinin partiya üzvü olduğunu dəqiqləşdirməyib. Lakin ümumi məlumat verilib ki, namizədlərin yarıdan çoxu bitərəfdir.

Ümumilikdə 24 siyasi partiyanın namizədləri qeydə alınıb. Ən çox namizədi qeydə alınan partiya hakim Yeni Azərbaycan Partiyasıdır. 125 dairədən YAP-ın 137 namizədi qeydə alınıb. Bu siyahıda ikinci yerdə Müsavatdır — partiyanın 73 namizədindən 25-nin namizədliyi qeydə alınıb. Müxalifət düşərgəsindən Müsavatdan başqa ReAl Vətəndaş Hərəkatının 12, Nida Vətəndaş Hərəkatının isə 2 namizədinin qeydə alındığı bildirilir.

Bir sıra internet portallarında namizədlərin şanslarını müəyyən etmək məqsədilə rəy sorğuları keçirilir. Hakimiyyətyönlü internet portallarının və media orqanlarının keçirdikləri virtual səsvermələrdə hakimiyyətin müdafiə etdiyi namizədlər böyük fərqlə öndədirlər. Müxalifətə aid internet resurslarında təşkil edilən səsvermələrdə isə məhz müxalifətin namizədləri böyük fərdlə öndə gedirlər.

Sorğu keçirən media qurumları arasında başqalarından daha obyektiv sayılan Azadlıq radiosu da virtual səsvermə təşkil edib.

Azadlıq radiosunun sorğusunda 15 saylı Yasamal birinci seşki dairəsindən namizəd olan Müsavatın keçmiş başqanı, MSDM-in rəhbəri İsa Qəmbər 75,1 faiz səslə öndə gedir. Bu nəticə, səsvermədə könüllü olaraq iştirak edəcək şəxslərin məhz İsa Qəmbərə səs verəcəyini demək üçün əsas verir.

Həmin sorğuda 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olan Müsavat başqanı Arif Hacılı 56,9 faiz səslə birinci yerdədir. 

35 saylı Xətai üçüncü seçki dairəsində İqbal Ağazadə sorğuda iştirak edənlərin 50,9 faizinin səsini qazanıb. Bu dairədən hakimiyyətin namizədi hesab olunan Araz Əlizadə isə 13,2 faiz səslə 3-cü yerdədir. 

63 saylı Salyan-Sabirabad seçki dairəsində AXP sədri Pənah Hüseyn 92,5 faizlə böyük fərqlə irəlidədir.

123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd İsgəndər Həmidov 79,8 faiz səslə birincidir. Onun əsas rəqibi sayılan Cavud Qurbanov cəmi 10,6 faiz səslə sorğuda ikincidir.

10 saylı Binəqədi üçüncü seşki dairəsindən Müsavatın namizədi Gülağa Aslanlı da əsas rəqibi Madər Musayevi böyük fərqlə üstələyərək, 76,1 faiz səslə birincidir.

Azadlıq radiosunu sorğusuna əsasən, Müsavatın namizədləri bir sıra başqa dairələrdə də birincidirlər. 

  • 120 saylı Cəbrayıl Qubadlı seçki dairəsində  Razim Əmiraslanlı 64,4 faizlə,
  • 115 saylı Şəki kənd seçki dairəsində İkram İsrafil 64,9 faizlə,
  • 71 saylı Masallı kənd seçki dairəsində Xasay Fərzulla 70,1 faizlə,
  • 46 saylı Şirvan seçki dairəsində Elman Fəttah 69,1 faizlə,
  • 50 saylı Qaradağ seçki dairəsində Səxavət Soltanlı 43,6 faizlə,
  • 57 saylı Kürdəmir seçki dairəsində Vilayət Abuşov 51,4 faizlə,
  • 59 saylı Salyan birinci seçki dairəsində Valeh Hümmətoğlu 49,1 faizlə,
  • 60 saylı Salyan ikinci seçki dairəsində Mirzağa Axund 53 faizlə,
  • 31 saylı Suraxanı ikinci seçki dairəsində Mustafa Hacılı 41,7 faizlə,
  • 55 saylı Xaçmaz şəhər seçki dairəsində Söhrab Əmrahov 56,4 faizlə,
  • 5 saylı Şahbuz-Babək seçki dairəsində Nadir Allahverdiyev 38,5 faizlə,
  • 13 saylı Xəzər-Pirallahı seçki dairəsində Niyaz Nəsirov 38,8 faizlə öndə gedirlər.
    • Seçkilərə qatılan digər müxalif təşkilat — ReAl Vətəndaş Hərəkatının bir sıra namizədləri də sorğuda iştirak edənlərin əksəriyyətinin səsini qazanıb.
    • 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində Natiq Cəfərov 78,3 faizlə,
    • 23 saylı Nəsimi-Səbail seçki dairəsində Azər Qasımlı 54,5 faizlə,
    • 42 saylı Sumqayıt ikinci seçki dairəsində Hafiz Babalı 53,2 faizlə,
    • 56 saylı Xaçmaz kənd seçki dairəsində Azay Vəlixanov 42,9 faizlə,
    • 77 saylı Astara seçki dairəsində Mikayıl Talıbov 35 faizlə birinci yerdədirlər.
  • Müsavat Partiyasının və Real Vətəndaş Hərəkatının digər namizədləri də yüksək səslə ön yerləri tuturlar. Bu sorğu seçkidə öz iradəsi ilə iştirak edəsi seçicilərin böyük əksəriyyətinin məhz müxalifətə səs verəcəklərini göstərir.
  • bastainfo.com

 

 

Добавить комментарий