Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib

imageŞimali Koreya hakimiyyəti bildirir ki, ölkənin şimal-şərqində yerləşən nüvə poliqonu yaxınlığında uğurla hidrogen bomba sınağı həyata keçirilib.

Dövlət televiziyasının məlumatına görə sınaq partlayışından sonra Punggye yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Şimali Koreya 2006-ci ildən bəri üç yeraltı nüvə sınağını həyata keçirib.

Hidrogen bomba əsasən atom bombasından daha güclü partlayış törədilməsi üçün istifadə olunur.

Təhlil: Stephen Evans, BBC-nin Koreya müxbiri

Şimali Koreya lideri Kim Jong-un ötən il sualtı qayıq raketlərinin sınağı zamanı

Bu test çox ehtimal ki, hökumətin əvvəlki sınaq testlərində istifadə etdiyi plutoniumdan dağıdıcı güc nümayişinə bir addım idi. Bu, yüngül çəkiyə daha çox partlayış gücü verir.

2013-ci ildə keçirilən sınaqdan sonra çoxlu qınaqlar oldu. BMT Təhlükəsizlik Şurası sınağı «qətiyyətlə pisləmiş» Çin də daxil olmaqla üzvləri ilə fövqəladə toplantı keçirdi. Bu cür “özbaşınalıq” bu dəfə gözlənilir. Yaponiyanın baş naziri Abe bildirib ki, dördüncü sınaq “öz xalqına qarşı ciddi təhlükədir».

Dördüncü nüvə sınağının pik zirvəsində olduğu dönəmdə Şimali Koreyanın sualtı qayıq raketlərini də sınaqdan keçirdiyi görünür. Sualtı qayıqlardan raketlərin buraxılması bütün hərbi reaksiyaların hesablanması qaydalarını da dəyişəcək. Çünki hücum barədə xəbərdarlıq, məsələn, ABŞ-ın Qərb Sahillərinə daha qısa ola bilər.

Sınaqdan əvvəl, Şimali Koreya dövlət kütləvi informasiya vasitələri qeyd edib ki, ölkə «ABŞ-ın nüvə təhdidləri ilə mübarizədə… nüvə silahı əldə etməyə layiqdir».

Dördüncü sınaqdan əvvəl ekspertlər inanırdı ki, Şimali Koreya nüvə bombası ilə hədəfi vurmağa qadir olmaqdan hələ bir neçə il geridədir. Amma indi onların qətiyyətlə bunu etməyə qadir olmaları tamamilə aydındır. O da aydındır ki, onlar bu bacarıqlarını sürətlə təkmilləşdirirlər.

“Məlumat təsdiq olunarsa, bu o deməkdir ki, rəsmi Pxenyan istər istəməz bu arzuolunmaz inkişafı müşayət edəcək əsas siyasi və diplomatik xərcləri nəzərə alaraq yenə də öz nüvə proqramını davam etdirmək niyyətindədir”, Çatham Hausda Asiya Proqramı üzrə Dr. John Nilsson-Wright deyir.

“Sürpriz elanda” Şimali Koreya dövlət televiziyasının aparıcısı deyib: «Respublikanın ilk hidrogen bomba sınağı saat 10:00-da 6 yanvar, 2016 tarixində uğurla həyata keçirildi».

Beynəlxalq ekspertlər şübhə ilə yanaşsalar da, ötən ay Şimali Koreya lideri Kim Jong-un Pxenyanın hidrogen bomba hazırladığını elan etmişdi.

Hidrogen bomba nədir?

  • 1952-ci ildə Birləşmiş Ştatlar tərəfindən hazırlanan silah, hidrogen izotopların zəncirvari reaksiyası nəticəsində nüvə əriməsi sayəsində işə düşür. Silah həmçinin termo-nüvə bombası kimi tanınır və radioaktiv qalıqları daha az olsa da atom bomdasından daha güclü olduğu “gül kimi aydın” görünür
  • Nüvə bölünməsi ilə qidalanan atom bombasından fərqli olaraq, hidrogen bomba yüngül elementlərin daha ağır elementlərə dönüşməsindən qidalanır
  • Belə bombalar bir neçə fut uzunluğu qədər kiçik ola və ballistik raketlərin başlıqlarına da yerləşə bilər

Şimali Koreya və nüvə silahı

Sınağın həyata keçirilməsi haqqında ilk şübhə ABŞ Geoloji Xidmətin zəlzələnin episentri haqqında – ölkənin Şimali-Şərqində, Punggye yaxınlığında, Kilju-dan 50 km (30 mil) uzaqlıqda, saat 10:00 –da, Pxenyan vaxtı ilə (01:30 GMT) qeydə alınması haqqında məlumat yaydıqda yarandı.

BBC-nin Seulda müxbiri Kevin Kim deyir ki, testin həqiqətən hidrogen bombası olmasını aşkar edərlərsə analitiklər əsas müzakirələrini yeraltı partlayış nəticəsində hər hansı qazın, nüvə materialının sızıb-sızmadığının araşdırılmasına fokuslaşdıracaqlar.

2002 oktyabr: Şimali Koreya ilk dəfə etiraf edir ki, onların gizli nüvə silahı proqramı var.

2006 oktyabr: Punggye-ri adlanan poliqonda ilk üç yeraltı nüvə partlayışlarının sınağının keçirilməsi elan olunub.

2009 may: Nüvə proqramı haqqında beynəlxalq danışıqlardan bir ay sonra Şimali Koreya ikinci yeraltı nüvə sınağını həyata keçirdi.

2013 fevral: Dövlət kütləvi informasiya vasitələrinin «sıxcam və alışqan nüvə cihazı» adlandırdığı üçüncü nüvə sınağı keçirildi.

2015 may: Rəsmi Pxenyan adi sursatlardan fərqli olaraq daha çətin aşkar olunan sualtı qayıq raketlərini sınaqdan keçirdiyini elan etdi.

2016 yanvar: Şimali Koreya hidrogen bombasını uğurla sınaqdan keçirdiyini elan edir.

 

bastainfo.com

Добавить комментарий