SOS: İŞİD kimyəvi silah arsenalını ələ keçirdi

İslam Dövləti qruplaşması Liviyanın cənubundakı kimyəvi silah arsenalını ələ keçirib.

Publikia.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafinin qohumu və müşaviri olmuş Əhməd  Qəddaf əd Dam məlumat yayıb.

Onun sözlərinə görə, İŞİD tripolinin ətrafına ordu cəmləşdirir. Hazırda Liviyadakı İŞİD-çilərin sayının iki mindən çox olduğu bildirilir.

Qeyd edək ki, Rakkanın ardıcıl olaraq hava hücumlarına məruz qalmasından sonra terrorçular paytaxtı Suriyadan Liviyaya köçürməyi planlaşdırır. Hətta bir neçə gün öncə Əbu Bəkr Əl Bağdadinin Suriyadan Liviyaya köçdüyü bildirilir.

bastainfo.com

Добавить комментарий