Taleh Bağırov hələ «Bandotdel»dədir: vəkili baş prokurora müraciət etdi

“Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun vəkili Cavad Cavadlı baş prokuror Zakir Qaralova müraciət edib.

APA-nın məlumatına görə, vəkil müraciətində qeyd edib ki, noyabrın 27-də T. Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib. Həmin qərardan verilən apellyasiya şikayətinə isə dekabrın 2-də baxılıb: “Taleh Bağırov Bakı Apellyasiya Məhkəməsinə saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gətirilib. Onunla konfidensial ünsiyyət saxlamaq mümkün olmayıb. Ona elan olunmuş ittihamla özünü təqsirli hesab etməyib».

C. Cavadlı müraciətində müvəkkilinin istintaq təcridxanasına keçirilməsini istədiyini qeyd edib.

Qeyd edək ki, T. Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinəqarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

bastainfo.com

Добавить комментарий