Türkiyə Mosula daxil oldu

İraq Türkiyədən suverenliyinin ciddi şəkildə pozulduğunu deyərək, Mosul yaxınlığındakı qüvvələrini dərhal geri çəkməsini tələb edib.

İraqın baş nazir ofisinin bəyanatında deyilir ki, Türkiyənin bir neçə tankı və artilleriyası Bağdadın təsdiqi olmadan İraq ərazisinə daxil olub.

Türkiyə isə qüvvələrinin Başiqa bölgəsində adi təlimlər üçün olduğunu bildirib. Türkiyə qüvvələri İslam Dövlətinin nəzarətində olan həmin bölgənin 30 km-lik sərhəd ərazisinə daxil olub.

Türkiyə mətbuatıın yazdığına götə, yeni qüvvələr İŞİD əleyhinə daha əvvəl həmin ərazidə təlim küçən xüsusi təyinatlı qüvvələri əvəz edir.

ABŞ rəsmiləri də Türkiyənin batalyonun sərhəd bölgədə yerləşdiyini təsdiq edib.

Amerika bunun İŞİD əleyhinə koalisya səylərinə daxil olmadığını bildirir.

Türkiyə isə əvvəlcədən təlimlər barədə ABŞ və koalisiyanın digər üzvlərini xəbərdar etdiyində israr edir

bastainfo.com

Добавить комментарий