Türkiyə Rusiya barədə Dünya Ticarət Təşkilatına şikayət edəcək

Bakı, 4 yanvar, SalamNews, N.Ələkbər. «Türkiyə Rusiya barədə (ikincinin — red.) tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar olaraq, Dünya Ticarət Təşkilatı və beynəlxalq məhkəmələrə şikayət edəcək. Kimin hüququ pozulubsa, hamısı bərpa olunacaq.»

SalamNews-un «Yeniakit»ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib.

Nazir, həmçinin deyib ki, Rusiyanın kiçik şəhərlərində fəaliyyət göstərən Türkiyə şirkətləri təhdid edilir və onlara təzyiq göstərilir: «Şirkətlər hissələrini rusiyalı səhmdarlara təhvil vermələri üçün təhdid edilir. Bununla bağlı bizə xeyli sayda şikayət daxil olub.

Ticarətin əxlaqı var. Bu insanlar Rusiya dövlətinə arxayın olub sərmayə yatırıblar.

Səbirlə izləyirik, lakin artıq səbrimiz daşır. Türkiyə də cavab olaraq, embarqo qoya bilər.

Gələn şikayətlərlə bağlı dəlillər toplayırıq.»

Добавить комментарий