Türkiyədə PKK-nın 23 terrorçusu öldürüldü

Türkiyə təhlükəsizlik qüvvələri Cizrə və Silopidə iki gün davam etmiş əməliyyatlar nəticəsində Kürdüstan Fəhlə Partiyasının (PKK) şübhəli bilinən 23 üzvünü öldürüb, rəsmilər bildirir.

22 nəfər Cizrədə, bir nəfər isə Silopidə öldürülüb, Anadolu xəbər agentliyi bildirib. Bəzi ərazilərdə komendant saatı elan edilib və tanklar yerləşdirilib.

Cizrədə komendant saatı sentyabr ayında elan edilib. Türkiyə şəhərin PKK fəaliyyətinin ocağı olduğunu bildirib. Türkiyənin cənub-şərqində yerləşən hər iki şəhərə 10 min nəfərə qədər polis və ordu göndərilib.

PKK tərəfdarları barikadalar qurub və xəndəklər qazıblar, məlumatda deyilir.

Türkiyə baş naziri Ahmet Davutoğlu bildirib ki, əməliyyatlar “hər bir evin silahlılardan təmizlənməsinə” qədər davam edəcək.

Bəzi hökumət tərəfdarları və Türkiyə millətçiləri bildirir ki, PKK gənclərinin şəhərləri ələ keçirməsinin qarşısını almaq üçün əməliyyatlara ehtiyac var.

İyul ayında PKK ilə iki illik atəşkəs pozulduqdan sonra Türkiyədə bir neçə dəfə komendant saatı elan edilib.

Həmin vaxtdan bəri hər iki tərəfdən yüzlərlə insan həyatını itirib.

bastainfo.com

Добавить комментарий