Uşaq moda müsabiqəsi keçirildi — Fotolar

Yanvarın 4-də “Hyatt Regency” otelində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş uşaq moda müsabiqəsi keçirilib.

Müsabiqədə modelyer-dizaynerlər Zamiq Cəfərli, Arzu Sadıqzadə, Mehriban Əhmədova, Esmira Manafova, Aytən Qarayeva, Vüsalə Axundova, Ella Bağırova, Gülüm Əsədullayeva və Səidə Bayramzadənin  öz ideya və zəhmətləri ilə ərsəyə gətirdiyi paltarlar nümayiş olunub. Modelyerlər Türkiyə, Misir, Almaniya, Suriya, Hindistan, Özbəkistan, Latviya, Rusiya, İspaniya, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin geyimlərini təqdim ediblər.

Podiumda 5 yaşından 12 yaşına qədər olan uşaqlar çıxış ediblər.

Uşaq-modellərin podiumda təmsil etdikləri ölkələrin obrazını yaratmaqda “Lady Sharm”ın professional stilistlərinin böyük zəhməti olub.

Münsüflər heyəti dünya moda aləmində ad qazanmış modelyer-dizayner Səbinə Hüseynova,  stilist Anar Ağakişiyev, modelyer-dizayner Zümrüd Mirzəliyeva, “FMS Models” model agentliyinin rəhbəri Lyubov Qutorova, Türkiyədə təmsil olunan Azərbaycan modeli Könül Əzimovadan ibarət olub.

Münsiflərin səsverməsi ilə birinci yerə Gülüm Əsədullayeva (Özbəkistan və Fransa geyiminə görə), ikinci yerə Vüsalə Axundova (Rusiya geyiminə görə) və üçüncü yerə Mehriban Əhmədova (Almaniya geyiminə görə) layiq biliniblər.

Moda müsabiqəsinə qatılan qonaqlar üçün maraqlı konsert proqramı da düzənlənib. Gənc müğənnilər Suada Ələkbərova, Rinat Alimov və Səbinə Nəsibli öz ifaları ilə tamaşaçıların böyük alqışlarını qazanıblar. Həsən Şirzadın rəhbərlik etdiyi “Abşeron ritmləri” nağara qrupu, Şahin Hüseynovun rəhbərlik etdiyi “Qrifon” və Aysel Hüseynovanın rəhbərlik etdiyi “Ayselim studio” rəqs qrupları tədbirə xüsusi rəng qatıblar.

Tədbirin aparıcıları Cəmilə Əmirova və Təbriz Məmmədrzayev olub.

12516396_1628109544119792_601565873_n 12511830_1628109554119791_1492713362_n 12511592_1628109504119796_276422563_n 12506977_1628110074119739_125727892_n 12506887_1628109660786447_799012321_n 12498586_1628109547453125_791414573_n 12498559_1628109917453088_1568158841_n 12483882_1628109620786451_249680621_n 12483822_1628109964119750_763477642_n 12483792_1628110004119746_1024665842_n 12483779_1628109497453130_494678200_n 12483381_1628109640786449_1497801720_n 12476482_1628109630786450_1487511987_n 12476425_1628110100786403_459690971_n 12476058_1628109820786431_938453032_n 12468151_1628109644119782_1241548481_n 12468103_1628109830786430_1069183530_n 12468083_1628109637453116_8042440_n 12421556_1628109557453124_853881191_n

bastainfo.com

 

Добавить комментарий