Xəzərdə 4 qaz quyusu hələ də yanır

“Hazırda Xəzər dənizinin faunası üçün təhlükə yoxdur. Vizual müşahidələr aparılır, su nümunələri götürülür. Nümunələr analitik laboratoriyada yoxlanılacaq”
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova “Günəşli” yatağının 10-cu stasionar özülündə baş vermiş qəzanın ətraf mühitə təsiri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O, bildirib ki, “Günəşli” yatağının 10-cu stasionar özülündə ikinci qaz quyusunda yanğın söndürülüb, üçüncü quyuda yanğın söndürülmək üzrədir. Digər 4 qaz quyusunda isə yanğın davam edir. Hazırda neft quyularında yanğın yoxdur.
bastainfo.com

Добавить комментарий