Xaçmazda 3 uşaq atası imkansızlıqdan özünü asdı

Şimal bölgəsində ilin ilk intihar hadisəsi qeydə alınıb.  Hadisə Xaçmazda 4-cü şöbə adlanan yaşayış massivində baş verib.
Rayonun Palçıqoba kənd sakini 36 yaşlı Ramin Abdalov yaşadığı evin tövləsində özünü iplə asıb. Bu barədə gecə 23 radələrində xəbər tutan ailə üzvləri hüquq-mühafizə orqanlarını məlumatlandırıblar. Hadisə yerinə gələn polis-prokurorluq əməkdaşları Ramin Abdalovun intihar etməsinin səbəblərini araşdırmağa başlayıblar.
Xaçmaz prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. 3 uşaq atası olan Ramin Abdalovun maddi imkansızlıqdan özünə qəsd etdiyi bildirir.


Bənzər hadisə bu gün Bakıda da baş verib. Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun  Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İlkin ehtimal kimi Ələmdar Salmanovun  külli-miqdarda borcu olduğu, buna görə belə bir addım atdığı bildirilir.

 

bastainfo.com

Добавить комментарий