Daha bir müxalifətçi gənc ölkəni tərk etdi

 

aaaaHakimiyyətin davamlı təqibləri sayəsində ölkədən mühacirət edən müxalifətçilərin sayı artmaqdadır. Müsavat üzvü Akşin Rəhmanov dekabrın 10-da ölkəni tərk edib. Bu haqda onun atası Nazim Rəhmanov məlumat verib.

N.Rəhmanov bildirib ki, oğlu ölkəni tərk etdikdindən sonra da polis onlardan əl şəkmir: “Oğlumu seçkidən sonra tutmuşdular, onun obyektini bağladılar, çünki seçkidə müxalifətə dəstək vermişdi. Müsavatın mitinqində iştirak etmişdi, məntəqədə seçkiyə nəzarət etmişdi. Ona hədə-qorxu gəldilər, məcbur olub ailəsi ilə ölkədən çıxdı. Amma yenə evimizə polis gəlib məni hədələyir. Onlara demişəm ki, burada yoxdur, mənə inanmırlar”.

bastainfo.com

Добавить комментарий