Hamımız itkin düşmüşük…

Hamımız itkin düşmüşük…

Onların cansız bədənləri ilə fərqimiz ondadır ki, bizim görməyən gözlərimiz, eşitməyən qulaqlarımız qalxmayan əllərimiz hələ də canlıdır…

Hər yerdə hər an ümidsizlik, məchulluq, ehtiyac yağan baxışlar, kəndir üstündə gəzirmiş kimi ürkək, ürəksiz addımlar…

Bu gün çarəsiz bir vətəndaş olaraq bu ölkədə yaşamağın daş kimi ağırlığını daşıdım, qanlı neft quyularından daha dərin bir boşluqda çırpındım.

Eşitdiklərimə, gördüklərimə qalsa bir saat olsun Azərbaycan adlı bu coğrafi məkanda qalmağa dəyməz… Amma gedəcək bir yer də yoxdu, olsa belə…

ayaqlarım getməz. Qısası, bu zorlanmış vətən olumdan-ölümədək bizim taleyimizə yazılıb.

Nə apara bilərsən, nə qoyub gedə bilərsən…

Nazlı Ağayeva

 

bastainfo.com

 

Добавить комментарий