Məşədi Natiq Kərimova 4 aylıq həbs qərarı — yenilənib

Nardaran ağsaqqalı Məşədi Natiq Kərimov bu gün günorta saatlarında həbs olunub. Bu haqda «Basta»ya etibarlı mənbə məlumat verib. Məlumata görə, hazırda Natiq Kərimov Nərimanov rayon məhkəməsinə aparılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Natiq Kərimovun dövləti cinayətlərdə, o cümlədən dövlət çevrilişinə cəhddə günahlandırıldığı bildirilir. Qeyd edək ki, dekabr ayında Natiq Kərimov saxlanılaraq istintaqa cəlb edilmişdi, dindirildikdən sonra sərbəst buraxılmışdı. Bu dəfə həbs qərarının qəti olduğu deyilir.

APA-nın Səbail Rayon Məhkəməsində olan əməkdaşının verdiyi məlumata görə, N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

bastainfo.com

 

Добавить комментарий