Arif Hacılı: Bütün diqqət Müsavata yönələcək

Musavat Partiyasının başqanı Arif Hacılının ilin yekununa dair keçirilən Məclisin iclasında çıxışından

Bəzi politoloqların guya  «Azərbaycanda çox ciddi etiraz prosesi gedir, ancaq bu prosesi yönəldəcək siyasi partiyalar, təşkilatlar yoxdu»  fikri ilə qətiyyən razı deyiləm. Belə təşkilat var — bu, Musavat Partiyasıdı!

Mən hesab edirəm ki,  Azərbaycanın demokratik qüvvələrinin təmsilçisi yalnız Musavat Partiyası da deyil, başqa partiyalar qurumlar və təşkilatlar da var. Mən əminəm ki, sabah ölkədə real dəyişikliklər imkanı yaranaraq, Azərbaycan cəmiyyəti hərəkətə gələndə, cəmiyyətin əksəriyyətinin diqqəti məhz Musavat Partiyasına yönələcək. Onlar bizim apardığımız siyasətin ardınca getmək qərarını qəbul edecəklər. Bu, bu günə kimi bizim qəbul etdiyimiz düzgün qərarlar sayəsində, pafosdan, papulizmdən uzaq olan, ancaq prinsipial, ardıcıl, qətiyyətli, cəsarətli qərarlarımız sayəsində mümkün olub. Və biz bundan sonra da prinsipial qərarlarımızı qəbul etməli,  mübarizəmizi davam etdirməliyik. Əminəm ki, bu günki Məclisdən sonra burada səsləndirilən təkliflər həm partiya tərəfindən, həm rayon təşkilatları tərəfindən qəbul olunacaq.

2016–cı ilə biz uğurla başlayacağıq, 2016-cı ildə 2015-ci ildə çalışdığımızdan dəfələrlə  çox çalışacağıq, çox fəaliyyət  göstərəcəyik insanları sıralarımıza daha çox cəlb edəcəyik, təsübkeşlərimizin sayını artıracağıq,  Azərbaycanda çox ciddi dəyişikliyin yaranmasına nail olacağıq.

bastainfo.com

Добавить комментарий