Türkiyənin Azərbaycanla viza rejiminə keçməsi xəbəri təkzib olundu

Türkiyənin Azərbaycanla viza rejiminə keçməsi barədə xəbərlər bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təkzib olundu. Bu haqda Trend agentliyi Türkiyənin xarici işlər nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, bu gün bir sıra media orqanları Türkiyənin 89 ölkə ilə, o cümlədən Azərbaycanla viza rejiminə keçəcəyi haqqında xəbərlər yaymışdı.

bastainfo.com

Добавить комментарий