Xilas planımızı yaxın günlərdə xalqla bölüşəcəyik

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətdən iqtisadi məsələlərlə bağlı təklif gözlədiklərini söyləyib. YAP-çı millət vəkili deyib ki, hakimiyyət istənilən məsələyə dair müzakirə apara bilər.
Maraqlıdır, müxalifət partiyaları hakim partiyanın bu təklifinə münasibəti necə olacaq?
Müsavat başqanının müavini Səxavət Soltanlı Moderator.az-aaçıqlamasında Aydın Mirzəzadənin təklifinə münasibət bildirib:
“Müsavat Partiyası uzun illərdir hakimiyyətə təkliflər verir, çağırışlar edir. Təəssüf ki, hakimiyyət təkliflərimizi görməzdən gəldi, acı nəticə göz önündədir. Biz böhranlı vəziyyət hakimiyyət tərəfindən etiraf edildikdən sonra da mətbuat vasitəsi ilə təkliflərimizi səsləndirmişik. Görünən odur ki, bizim təklifləri həyata keçirməsi üçün hakimiyyətin siyasi iradəsi və kadr potensialı yoxdur.
Müsavat Paryiyasının Azərbaycanı indiki böhranlı durumdan xilas etmək planları var. Bu planlarımızı yaxın günlərdə xalqla bölüşəcəyik. Hazırda bu mövzuda Müsavat Partiyasında ciddi müzakirələr gedir, müzakirələr yekunlaşmaq üzrədir”.
bastainfo.com

Добавить комментарий