“Əl-Qaidə” Neapol, Roma və Madriddə terror aktları törətməklə hədələyir

“İslam Məğribində əl-Qaidə” terror təşkilatı ötən gün yaydığı videoda Avropanın Neapol, Roma və Madrid şəhərlərində terror aktları törətməklə hədələyib.

Yerli mətbuatın “Europa Press” agentliyinə istinadla verdiyi xəbərə görə, videoyazıda terror aktları, Malidəki qruplaşma üzvləri, o cümlədən əslən Melilidən (Afrikanın şimalında anklav, Mərakeşlə sərhəddə) olan Əbu əl-Nur əl-Əndəlusi adlı İspaniya vətəndaşının yer aldığı kadrlar nümayiş etdirilir.

Hazırda İspaniya təhlükəsizlik qüvvələri bu videonu araşdırır./region.xeberleri

 

bastainfo.com

Добавить комментарий