Qiymətlər nə qədər artıb? — Bir mağazadan nümunə

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında 100 faiz ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.

 

Devalvasiyalar ölkədə nə qədər bahalaşmaya gətirib?

 

Reportyor.tv xəbər verir ki, transparency.az Bakının ərzaq mağazalarının birində sorğu apararaq minimum istehlak səbətinə daxil olan bəzi məhsulların son bir ildə, iki devalvasiya dalğasında nə qədər bahalaşdığını öyrənib.

 

Mağazada bildiriblər ki, 2015-ci ilin 21 fevral devalvasiyasına qədər 1 kiloqramı 40 qəpiyə olan buğda unu hazırda 65 qəpiyə satılır (62,5% bahalaşma). Buğda çörəyinin qiyməti 40 qəpikdən 50 qəpiyə qalxıb (25% bahalaşma).

 

Digər məhsullar üzrə qiymət fərqi belədir:

 

1 kiloqram yumru düyü – 90 qəpikdən 1 manat 45 qəpiyə, artım (61,1%);

 

1 kiloqram qarabaşaq yarması – 1 manatdan 1 manat 60 qəpiyə, artım (60%);

 

0,5 kiloqram makaron – 80 qəpikdən 1 manat 30 qəpiyə, artım (62,5%);

 

1 kiloqram pomidor – 2 manatdan 3 manat 50 qəpiyə, artım (75%);

 

1 kiloqram toyuq əti – 2 manat 70 qəpikdən 3 manat 60 qəpiyə, artım (33,3%).

 

Il ərzində kolbasa və sosiskada 42,3%, süddə 21,7%, kəsmikdə 28%, pendirdə 16%, balıq və balıq məhsullarında 52% bahalaşma gedib.

 

1 ədəd yumurta isə 7 qəpikdən 19 qəpiyə qalxıb. Bu, 171,4% bahalaşma deməkdir.

 

Şəkərdə 42,8%, qənnadı məmulatında 25% bahalaşma qeydə alınıb.

 

Bitki yağı bir ildə 56%, mal-qara yağı 69,2%, çay 88,8%, duz 60% bahalaşıb.

 

Göstərilən ərzaq məhsulları üzrə orta bahalaşması 55,4% həddindədir.
bastainfo.com

Добавить комментарий