Ramil Usubov nazirin qardaşı oğlunu işdən çıxardı

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbayıl rayon polis idarəsinin 9-cu polis bölməsinin rəisi Natiq Camalov hələ ki, sərəncama götürülüb.

O, Yavər Camalovun qardaşı keçmiş Azəriqazın sədri Əlihüseyn Camalovun oğludur. Natiq Camalovun qardaşı Namiq Camalov isə Cəlilabad rayon polis şöbəsinin rəisidir. bastainfo.com

1452251186_yavercamalov-429

Добавить комментарий