Çörəyin qiyməti qaldırılır

İyunun 30-dan respublikamızda çörəyin qiyməti artacaq.

Qazeta.info Modern.az-ın məlumatına əsasən bildirir ki, bu barədə razılıq hazırda respublikamızda çörək istehsalı ilə məşğul olan iş adamlarının bu gün keçirilən toplantısında qəbul edilib.

Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.

Qiymət artımının isə devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, unun qiymətində  hər hansı dəyişiklik gözlənilmir.

 

 

Bastainfo.com

 

Добавить комментарий