Gümrüdə etiraz yürüşü keçirilib

Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə etiraz marşı keçirilib.

APA-nın “news.am” saytına istinadən  verdiyi xəbərə görə, etirazçılar İrəvanda polis şöbəsini nəzarətdə saxlayan «Sasna Çrer» silahlı qruplaşmasına və həbs olunmuş vətəndaşlara dəstək şüarları səsləndiriblər.

Əsasən gənclərdən ibarət olan aksiya iştirakçıları şəhərin mərkəzi küçələri ilə hərəkət edərək vətəndaşları onların mübarizəsinə qoşulmağa çağırıblar. Onlar həmçinin polis əməkdaşlarını vətəndaşlarla həmrəylik nümayiş etdirməyə çağırıblar.

 

 

Bastainfo.com

Добавить комментарий