İrəvanda etiraz aksiyası davam edir — Canlı yayım

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup iki girovu hələ də əldə saxlayır. Ermənistan mətbuatının verdiyi xəbərə görə, girov saxlanılanlardan biri həkim, digəri tibb bacısıdır.

Dünəndən İrəvanda Sarkisyan tərəfdarlarının başlatdığı etiraz aksiyası da davam edir. Ötən gün polislə etirazçılar arasında baş verən toqquşmadan sonra 26 nəfər həbs olunub. Buna baxmayaraq, bu gecə yüzlərlə etirazçı yenidən küçələrə çıxıb.

Aksiyaya “Böhran Təşəbbüs Şurası”nın üzvü Albert Baqdasaryan rəhbərlik edir.

Добавить комментарий