Bu gün Nigar Yaqublu və Seymur Həzinin nigahı olacaq

Müsavatçı gənc fəal, keçmiş siyasi məhbus Nigar Yaqublu və hal hazırda 17 saylı Cəzaçəkmə müəssisəsində həbsdə olan siyasi məhbus, AXCP fəalı Seymur Həzi evlənir.

Bu barədə «Basta»ya Nigar Yaqublu özü məlumat verib.

Nigah bu gün, avqustun 1-də saat 12:00-da Seymur Həzinin cəza çəkdiyi 17 saylı Cəzaçəkmə müəssisəsində baş tutacaq.

«Azadlıq» qəzetində köşə yazarı olan Seymur Həzi 2014-cü ilin avqustun 30-da siyasi motivlərlə həbs olunub.

Xöşbəxt olsunlar!

 

Bastainfo.com

Добавить комментарий