Un bahalaşdı

Bu gündən etibarən bir kisə unun qiyməti 1-2 manat bahalaşıb. Bu barədə Turan agentliyinə “Nur” zavodunun – iri çörək-bulka məmulatları istehsalçısının adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Öz növbəsində, “Baker” çörək istehsalı zavodunun nümayəndəsi bildirib ki, unun bahalaşması haqqında məlumatı yoxdur. 1 nömrəli çörək zavodundan isə qiymətlərin bahalaşdığını İnternetdən öyrəndiklərini deyiblər. Onların zavodunun məhsulları hələki bahalaşmayıb.

Ekspertlər qeyd edirlər ki, bahalaşma bir müddət əvvəl elektrik enerjisi qiymətlərinin bahalaşması ilə bağlı olub, bu, zəncirvari reaksiya verib və tədricən müxtəlif sahələrdə özünü göstərir. Beləliklə, iqtisadçılar hesab edirlər ki, yaxın günlərdə standart çörəyin qiyməti 20-30% bahalaşacaq.

 

Bastainfo.com

Добавить комментарий