«ASAN Xidmət» Nigarla Seymurun nikahına əngəl yaradır

«ASAN xidmət Nigar Yaqublu ilə Seymur Həzinin nikahına maneə törədir». Bu haqda Meydan Tv-yə N.Yaqublunun yaxınları məlumat verib. Onlar bildiriblər ki, xidmətin Bakıxanov şöbəsindən N.Yaqubluya bildiriblər ki, onlar 10 dəqiqə gecikdiklərindən nigah bağlayacaq əməkdaş iş yerini tərk edib. Onun nə zaman geri qayıdacağı isə bəlli deyil.

«Bir saatdan artıqdır ki, Bakıxanovda «ASAN Xidmət»də nikah məmurunu gözləyirik. Bu məsələ neçə gün əvvəldən razılaşdırılmışdı. Biz bu gün saat 12-də nikah məmuru ilə birlikdə cəzaçəkmə müəssisəsinə getməliyik. Amma əngəl yaradırlar», — Nigar Yaqublu «Basta» əməkdaşına bildirib.

Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikahı bağlanmalıdır.

Nigar Yaqublu «Basta» ya bildirmişdi ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq.

“Qafqazinfo” məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb. O bildirib ki, ASAN və Penitensiar Xidmətə təqdim olunan məktuba əsasən nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub: “ Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub. Ona görə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu şəxslərin nikaha daxil olması üçün sabah hər cür şəraiti yaradacaq. ASAN Xidmətin nümayəndəsi də nikah mərasimində iştirak edəcək”.

Bastainfo.com

Добавить комментарий