KİV-də Trampın arvadının açıq-saçıq şəkilləri yayıldı

ABŞ prezidentliyinə namizəd Donald Trampın arvadının açıq-saçıq şəkilləri yayılıb.

Oxu.Az xəbər verir ki, “The New York Post” nəşri Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın arvadı Melanya Trampın açıq-saçıq şəkillərini üz qabığına yerləşdirib.

Qeyd edilir ki, fotolar 1995-ci ildə fransız jurnalı “Max” üçün çəkilib. Jurnal 2006-cı ildə fəaliyyətini dayandırıb.

“New York Post” nəşrində bu şəkillərdən bəzilərinin əvəllər dərc edilmədiyi qeyd olunub.

“Melanya ən uğurlu modellərdən biri idi, onun çoxlu sayda, o cümlədən də aparıcı jurnalların üz qabıqları üçün fotosessiyası olub. Bu şəkil Melanya ilə tanış olduğumdan çox öncə çəkilib. Avropada bu şəkillər çox yayılıb, onlar çox dəbli idi”, — Tramp şəkillərin dərc edilməsini şərh edərkən bildirib.

 

bastainfo.com

Добавить комментарий