Müsavat təşəbbüs qrupları yaradır

Sumqayıt və Qubadlı müsavatçıları referendumla bağlı toplantı keçirdi

Dünən Sumqayıtda Sumqayıt şəhər və Qubadlı rayon müsavatçılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə referendum üzrə ilkin təşəbbüs qrupunun təsis yığıncağı keçirilib. Bu haqda «Basta»ya Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib.

F.Abbas bildirib ki, ilkin təşəbbüs qrupu təsis edildikdən sonra referenfum üzrə «Respublika» təşəbbüs qrupunda təmsil olunmaq üçün 10 nəfərdən ibarət nümayəndə müəyyən olunub.

Müsavatın seçki qərargahından «Basta»ya bildirilib ki, son iki gün ərzində Suraxanı, Xətai, Səbail, Şamaxı, Qobustan, Zaqatala və digər rayonlarda da «Resbublika» təşviqat qrupunun ilkin təşəbbüs qrupları yaradılıb.

Qeyd edək ki, Müsavat Partiyası Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə qarşı təbliğat aparmaq məqsədilə «Respublika» təşəbbüs qrupunun yaradılmasına qərar verib.

Könül Alı, Bastainfo.com

13895280_1097669653660246_4837665934996667410_n

13912338_1097669340326944_3504427598481881878_n (1)

Добавить комментарий