Isa Qəmbər: «Edəcəyik!»

«Asan proses deyildi, 2000-dən artıq vətəndaşın iştirakı (təxminən hər birində ən azı 50-60 adamın iştirakı ilə 40-dan çox toplantının keçirilməsi) və imzası, daha sonra onların təmsilçiləri olan 200-dən artıq vətəndaşın iştirakı ilə toplantı tələb olunurdu ki, təşəbbüs qrupu təsis edilsin və MSK-ya imza vərəqələrini almaq üçün müraciət edə bilək. »

Mili Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bu gün keçirilən Müsavat Partiyası Məclisinin növbədənkənar toplantısında referendumla bağlı təşəbbüs qrupunun yaradılması haqqında fikirlərini açıqlayıb.

İsa Qəmbər özünün feysbuk səhifəsində yazıb:

«Müsavatçılıq ideallarını, Cümhuriyyət dəyərlərini qorumaq naminə, Referendumda monarxiyaya yox demək məqsədi ilə «Respublika» təşəbbüs qrupunu yaratdıq.
Asan proses deyildi, 2000-dən artıq vətəndaşın iştirakı (təxminən hər birində ən azı 50-60 adamın iştirakı ilə 40-dan çox toplantının keçirilməsi) və imzası, daha sonra onların təmsilçiləri olan 200-dən artıq vətəndaşın iştirakı ilə toplantı tələb olunurdu ki, təşəbbüs qrupu təsis edilsin və MSK-ya imza vərəqələrini almaq üçün müraciət edə bilək.

Müsavatçıların, D-18 və digər qurumların fədakar fəallarının iştirakı ilə bunu həll etdik.

Özü də cəmi 2-3 gün ərzində.
Hələlik qaldı MSK-nın vərəqələri verməsi, sonra da 40 mindən artıq imzanın toplanması.
Edəcəyik!»

Bastainfo.com

Добавить комментарий