Müsavat başqanı Fəridə Ələsgərovanı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı fəal müsavatçı Fəridə xanım Ələsgərovanı yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Fəridə xanım!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Siz Azərbaycan Xalq Hərakatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz.

Siz Müsavat Partiyasının üzvü olaraq ölkədə demokratik cəmiyyətinin qurulması uğrunda gedən mübarizənin də fəallarından birisiniz.

Hazırda Müsavat Partiyası Yasamal rayon təşkilatının NTK üzvü kimi rayon təşkilatının və Müsavat Partiyasının güclənməsində, Müsavatın siyasi xəttinin təbliğində ciddi işlər görürsünüz. Eyni zamanda Müsavatçı Qadınlar Birliyinin gücləndirilməsində sizin xidmətləriniz böyükdür.

Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə fədakarlıq göstərmisiniz. Siyasi mübarizəniz dövründə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz və təvəzökarlığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli Fəridə xanım!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram».

bastainfo.com

Добавить комментарий