Müsavat Partiyasının iyul ayı ərzində gördüyü işlər barədə — İcmal

4 iyul — Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Iclasda görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.
Divanın toplantısında Ramazan ayı ilə əlaqədar Müsavat Partiyasının ənənəyə uyğun olaraq bu il də iftar süfrəsi açması təqdir edilib.

İstanbulda baş verən terror qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə Müsavat Partiyası rəhbərliyinin Türkiyə səfirliyini ziyarət etməsi haqda məlumat dinlənilib.

Müsavat başqanı Arif Hacılı ABŞ-ın müstəqillik günü ilə baglı bu ölkənin səfirliyinin təşkil etdiyi tədbirdə Müsavat rəhbərliyinin iştirakı haqda Divanı məlumatlandırıb.

5 iyul — Bakı şəhəri və ərazisi işğal olunmuş rayonların Müsavat Partiyası payon təşkilatlarının müşavirəsi, Sədrlər Şurasının iclası keçirilb.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət. rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunub.

5 iyul — Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

6 iyul — Müsavat Partiyasının başqanı İctimai TV-nin alternativ fikrə efir vaxtı ayırmamasının bu TV-nin fəaliyyəti ilə bağlı qanunvericiliyə zidd olması xatırladılaraq, Müsavat Partiyası üçün efir vaxtının ayrılması tələbi ilə televiziya rəhbərliyinə rəsmi müraciət edib.

11 iyul -Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda dünyada və ölkədə olan siyasi vəziyyət, partiya strukturlarının fəaliyyəti, görüləcək işlər müzakirə olunub.

Divan NATO-nun Varşavada keçirilən zirvə toplantısını geniş müzakirə edib. Rusiya qəsbkarlığına qarşı NATO-nun bu toplantıda sərgilədiyi qətiyyətli mövqe dünyanın təhlükəsizliyi baxımından yüksək qiymətləndirilib. Varşava toplantısının Azərbaycanın ərazi bütövlüyü və Qarabağ məsələsinə dair bəyan etdiyi ədalətli mövqeyi təqdir edilib.

12 iyul — Müsavat Partiyası Sədrlər Şurasının iclası keçirilb.
İclasda ölkədəki ictimai-siyasi vəziyyət, rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunub.

16 iyul — Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib.
Toplantıda iyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən hərbi çevriliş cəhdi geniş müzakirə olunub.Müsavat Partiyası qardaş türk xalqının bu sınaqdan da uğurla çıxacağına, çevriliş cəhdinin törətdiyi fəsadların Türkiyə Cümhuriyyətinin istiqlalının qarantı olan orduya qarşı çevrilməyəcəyinə, əsası Atatürk tərəfindən qoyulmuş cümhuriyyət dəyərlərinə, dünyəvi, hüquqi, demokratik Türkiyə Cümhuriyyətini qorumağa və inkişaf etdirməyə nail olacağına inamını bildirib.

16 iyul -Müsavat Partiyası AXC-nin yaranmasının ildönümü ilə bağlı Fəxri Xiyabanda Azərbaycan Xalq hərakatının lideri,eks- prezident Əbülfəz Elçibəyin qəbrini ziyarət etdi. Tədbirdə Müsavat Partiyasının başqanı, AXC Ali Məclisinin sədri olmuş Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri, AXC-nin qurucularından biri və ilk İdarə Heyətinin üzvü olmuş İsa Qəmbər çıxış ediblər.

16 iyul -Müsavat Partiyasını Divan üzvü Razim Əmiraslanlı,məclis üzvləri Zakir İsmayıl, Haqverdi Haqverdili və gənclər təşkilatının bir qrup üzvü 14 may terror qurbanlarının xatirəsini yad etmək üçün Fransa səfirliyinin qarşısına gül dəstəsi düzüb və terror qurbanlarının xatirəsini yad ediblər.

17 iyul — Müsavat Partiyası qətlə yetirilmiş“Monitor” jurnalının baş redaktoru jurnalist Elmar Hüseynovun doğum günü onun qəbrini ziyarət etdi.
Tədbirdə Müsavat başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış etdilər.

18 iyul — Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər və qərarların icrası və AXC-nin yaradılmasının 27-ci ildönümünün Elçibəyin və qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun doğum gününün məzarları başında qeyd olunmasında Müsavat Partiyasının rəhbərliyinin iştirakı haqqında məlumatı dinlənilib.Müsavat başqanı Arif Hacılı Fransanın müstəqillik günü ilə əlaqədar səfirliyin təşkil etdiyi bayram tədbirində partiya rəhbərliyinin iştirakı barədə Divan üzvlərini məlumatlandırıb.Başqan müavini Tofiq Yaqublu Niderland Krallığının Azərbaycandakı səfirliyində səfirin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil olunan vida mərasimində iştirakı haqqında məlumat verib.İclasda həmçinin dünyada və ölkədə olan siyasi vəziyyət, partiya strukturlarının fəaliyyəti, görüləcək işlər müzakirə olunub.

19 iyul — Müsavat Partiyası Divanın növbədənkənar iclası keçirilib.İclasda İlham Əliyevin Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı müzakirə olunub.Müzakirələrin nəticəsi olaraq qəbul olunan bəyanatda bu təşəbbüsün Azərbaycanda avtoritarizmin möhkəmlənməsinə yönəldiyi qeyd olunub.Divan Baş prokurorluğun təqdimatı əsasında ANS TV-nin bağlanmasını söz və ifadə azadlığına qarşı
hakimiyyətin növbəti addımı hesab edərək, qətiyyətlə pisləyib.

19 iyul — Müsavat Partiyası sədrlər şurasının iclası keçirilib.İclasda ölkədəki ictimai-siyasi vəziyyət, rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunub. Rayon təşkilatı nümayəndələrinin təklifləri dinlənilib. Rayon təşkilatlarına icraya yönəlik tapşırıqlar verilib.

19 iyul -Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı, başqan müavinləri Yadigar Sadıqov, Tofiq Yaqublu və Elman Fəttah 14 may terror qurbanlarının xatirəsini yad etmək üçün Fransa səfirliyini ziyarət ediblər.Fransanın Azərbaycandakı səfiri xanım Orelya Buşeze Müsavat Partiyası adından başsağlığı verilib, səfirlikdəki xatirə dəftərinə ürək sözləri yazılıb.

21 iyul — Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edib. Müraciətdə ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunanlara əsaslanaraq müsbət rəy verməsinin mümümkünsüzlüyü qeyd edilib.

21 iyul -Müsavat Partiyası Məslisinin komissiya sədrlərinin toplantısı keçirilib. Məclis sədri Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən toplantıda komissiya sədrlərinin hesabatları və təklifləri dinlənilib müvafiq tapşırıqlar verilib.

25 iyul — Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər və qərarların icrası barədə məlumat verilib.

Divanda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı müsbət rəyin verilməsinin mümkünsüzlüyü barədə Konstitusiya Məhkəməsinə Müsavat Partiyası tərəfindən göndərilən müraciət müsbət qiymətləndirilib.
İclasda bu gün Konstitusiya Məhkəməsinin Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin Azərbaycan Respulikasının Konstitusiyasına, beynəlxalq Konvensiyalara, ölkənin könüllü olaraq üzərinə götürdüyü demokratiya ilə bağlı öhdəliklərə zidd olduğu halda müsbət rəy verməsi pislənilib.

26 iyul -Bakı şəhəri və ərazisi işğal olunmuş rayonların Müsavat Partiyası payon təşkilatlarının müşavirəsi, Sədrlər şurasının iclası keçirilb.
İclasda ölkədəki ictimai-siyasi vəziyyət. rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunub. Rayon təşkilatı nümayəndələrinin təklifləri dinlənilib. Rayon təşkilatlarına icraya yönəlik tapşırıqlar verilib.

29 iyul — Müsavat Partiyasının qərargahında partiyanın Sədrlər Şurasının növbədənkənar genişləndirilmiş tərkibdə iclası keçirilib.
Toplantıda çıxış edən Müsavat başqanı Arif Hacılı bu mürtəce dəyişikliklərə qarşı mübarizənin zərurətini vurğulayıb. Arif Hacılı demokratik düşərgədə təmsil olunan digər siyasi qüvvələrin təmsilçiləri ilə bu məsələdə əməkdaşlığın təmin edilməsi istiqamətində intensiv məsləhətləşmələrin aparıldığını bildirib.
“İndi mübarizə çətindir, amma sonda qələbə xalqın olacaq”, – Arif Hacılı bildirib.

İclasda partiya funksionerlərinə referendum üzrə ilkin təşəbbüs qruplarının yaradılması ilə bağlı konkret tapşırıqlar verilib. Referendum üzrə təşəbbüs qrupunun adının “Respublika” olması təklif edilib.
Hər həftə MNTK-nın,Gənclər Təşkilatını,İyun ayı ərzində Qadınlar Birliyinin və rayon təşkilatlarının şura iclasları keçirilib,partiyaya yeni üzvlər qəbul olunub.

İyul ayı ərzində eyni zamanda Müsavat başqanı mütamadi olaraq müavinlərİ və icra aparatı əməkdaşlarının iştirakı ilə cari fəaliyyətə dair toplantılar keçirib.

İcra aparatının cari fəaliyyəti davam edib.

Razim Əmiraslanlı, Müsavat Partiyasının təşkilat departamentinin müdiri

Bastainfo.com

Добавить комментарий