“NBC Bank” borcunu ödəyə bilməyən müştəriləri polisə verdi

Bank kredit borcunu ödəyə bilməyən müştəriləri polisə verdi.

“NBCBank” kredit ödənişini gecikdirən müştərilərlə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib.

Bu barədə “Antikollektor”un rəhbəri, hüquqşünas Əkrəm Həsənov Qaynarinfo.Az saytına məlumat verib. Hüquqşünas bildirib ki, yaxın mənbələrə görə, artıq kredit borclarını ödəyə bilməyən müştərilər polis idarələrinə çağırılır.

Əkrəm Həsənov onu da qeyd etdi ki, kredit borclarına görə bank polis idarəsinə deyil, məhkəməyə müraciət etməlidir: “İlkin olaraq, adı çəkilən bank məhkəməyə müraciət etməlidir. Məhkəmənin  qərarı nə olursa-olsun, heç bir halda kredit borcu olan şəxslər barədə polisə şikayət etmək hüquqi baxımdan doğru deyil.”

Məsələ ilə bağlı “NBCBank”la əlaqə saxladıq. Bankın nümayəndəsi Leyla Dərgahova bildirdi ki, bu yalnış xəbərdir: “Kredit borcu olan şəxslərlə bağlı lazımı tədbirlər görülür.”

Onu da qeyd edək ki, “NBCBank”ın problemli kreditlərlə bağlı polisə mürəciət etməsi xəbəri son iki gün ərzində müxtəlif mənbələrdən saytımıza daxil olub. Məsələni diqqətdə saxlayacağıq.

 

 

Bastainfo.com

Добавить комментарий