Rövnəq Abdullayev Türkiyədə Ərdoğanla görüşdü

Türkiyədə 15-16 iyul hərbi çevriləşə cəhddən sonra başlayan “Gülən əməliyyatı” ilə bağlı son günlər SOCAR-ın adı tez-tez hallanır. SOCAR-ın Türkiyədə aldığı “Petkim” şirkətində yoxlamalar həyata keçirilib və həbslər olub. Şirkət Fətullah Gülənin təşkilatını maliyyələşdirməkdə ittiham olunur.

Bu gün isə Türkiyə prezidenti Ərdoğanın SOCAR-ın rəhbəri Rövnəq Abdullayevi qəbul etməsi haqda məlumat yayılıb. SOCAR-ın yaydığı məlumatda deyilir ki, görüş Rövnəq Abdullayevin avqustun 2-də Ankarada keçirilən Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirakı çərçivəsində baş tutub.

Bundan başqa, SOCAR-ın məlumatına görə, Rövnəq Abdullayev həmçinin, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla da görüşüb. Məlumatda deyilir ki, Albayrakla görüşdə PETKİM-lə bağlı məsələ də müzakirə olunub.

SOCAR-ın məlumatına görə, həm Ərdoğan, həm də Albayrak şirkətin Türkiyədəki fəaliyyətini dəstəklədiklərini bildiriblər.

Rövnəq Abdullayevin Ankarada keçirdiyi bu görüşlər “SOCAR-Türkiyə”nin Fətulla Gülən təşkilatı ilə əlaqələrdə ittiham olunaraq, hədəfə gəlməsi kontekstində ciddi maraq doğurur.

azadlıq.info

 

Bastainfo.com

Добавить комментарий