Ermənistanın baş prokuroru istefa verdi

Bu gün Ermənistanın baş prokuroru Qevorq Kastanyan tutduğu vəzifədən istefa verib. Bu haqda sosial şəbəkədə onun müşaviri Kristine Melkonyan məlumat verib.

Məlumatda bildirilir ki, avqustun 4-də kollegiyanın iclası olub. İclasda baş prokuror öz istefasını açıqlayıb. Kastanyan həmçinin bildirib ki, Ermənistan prezidenti Serj Sarqsyan onun istefa ərizəsini qəbul edib, — Ermənistan mətbuatı yazır.

Baş prokuror səlahiyyətlərinin icrası Kastanyanın müavini Artur Davtyana həvalə edilib.

Bu gün həmçinin Sarqsyanın sərəncamı ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Qrant Yepiskoposyan tutduğu vəzifədən azad edilib.

bastainfo.com

Добавить комментарий