Lənkəranda partlayış — bazar yanır

Bu dəqiqələrdə Lənkərandakı böyük bazarda güclü yanğın başlayıb.

 

«Qafqazinfo»ya hadisə şahidlərinin verdiyi məlumata görə, yanğına səbəb Böyük Bazarda avtobus danayacağının yanındakı kafedə qaz balonunun partlamasıdır. Hazırda yanğın ətrafdakı dükanları da əhatə edib.

Xəsarət alanların olduğu bildirilsə də, hələ ki, onların səhhəti ilə bağlı dəqiq məlumat verilməyib.

Saat 13:00-da yerli mənbələrdən aldığımız məlumata görə, yanğın söndürülüb. Yanğın nəticəsində 3 obyekt sıradan çıxıb.

 

Добавить комментарий