Müsavat referendumla bağlı sənədləri MSK-ya təqdim etdi

Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan «Respublika» təşəbbüs qrupunun sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına təhvil verilib.

Bu haqda «Basta»ya Müsavatın Seçki Qərargahının sədri Gülağa Aslanlı məlumat verib.

Gülağa Aslanlı xatırladıb ki, Müsavat Partiyası İlham Əliyevin Konstitusiyaya təklif etdiyi əlavə və düzəlişlərin əleyhinə təbliğat aparmaq üçün qanunvericilikdə nəzərdə tutulan hüquqlardan maksimum yararlanmaq naminə «Respublika» təşəbbüs qrupunun yaradılmasına qərar verib. Təşəbbüsçülərin sırasında müsavatçılarla yanaşı, bitərəflər, D 18 Gənclər Hərəkatı və digər təşkilatların da nümayəndələri var.

Əldə etdiyimiz məlumata görə, bu gün hakim Yeni Azərbaycan Partiyasının yaratdığı təşəbbüs qrupunun sənədləri də MSK-ya təhvil verilib.

Добавить комментарий