Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.
«Azəravtoyol» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində  yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən prospektdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələrin tövsiyə olunur.

 

 

Bastainfo.com

Добавить комментарий