Obama: İD zəifləyir, amma yenə də təhlükəlidir

ABŞ prezidenti Barack Obama deyib ki, özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı İraq və Suriyada aparılan mübarizədə uğurlara baxmayaraq qruplaşma hələ də təhlükə yaradır.

Cihad qrupları mövqelərini itirdiyinə görə, onların xaricdə hücumlar planlaşdırması haqda siqnallar vardı.

Cənab Obama Pentaqon görüşündən sonra jurnalistlərə açıqlama verib və deyib ki, İD «yenilməz olmayıb».

«Əslində, onlar onsuz da məğlub olacaqlar», prezident deyib və qruplaşmanın özü üçün Suriyada paytaxt elan etdiyi Raqqa şəhərini, əlavə olaraq onların İraqda güc mərkəzi olan Mosulu itirəcəklərini proqnozlaşdırıb.

Cənab Obama deyib ki, İslam Dövləti qruplaşmasının «bütün il ərzində Suriya və ya İraqda aparılan əməliyyatların heç birində böyük uğuru olmayıb».

Sadalanan ölkələrdə hərbi qruplaşmalar geri çəkildiklərindən onlar bu il ərzində İraq, Fransa, Almaniya, Banqladeş və bir sıra ölkələrdə böyük hücumlar təşkil etdi.

Prezident deyib ki, baş verənləri qorxu kimi qəbul etməmək vacib idi.

Qərb qüvvələri İD döyüşçülərinin Liviyada sayının artmasından bərk narahatlıq keçrir 

«İŞİD ABŞ-ı və ya bizim NATO tərəfdaşlarımızı məğlub edə bilməz», o deyib.

Lakin cənab Obama yenə də xəbərdarlıq edib ki, əgər rəhbər müzakirəsiz dinc sakinlərin öldürülməsi və ya ölkəyə kimin daxil olması üçün dini testlər keçirmək kimi «pis qərar verərsə» ABŞ özünü müdafiə edə bilər.

«Bu tip strategiyaların xoşagəlməz nəticələri ola bilər. Bu mübarizəni udmaq istədiyimiz vaxtda biz Qərb və İslam sivilizasiyaları arasında münaqişə vəziyyətinə gətirib çıxara bilmərik», o deyib.

«Bu tamamilə İŞİD-in istəyinə və İslam dini olaraq irəli sürdüyü batil şərhlərə uyğun olar.»

Onun sözlərinə görə ABŞ koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlar sayəsində İD qruplaşmasının əsgər sayı son iki il ərzində minimuma enib.(BBC)

 

Bastainfo.com

Добавить комментарий