Mental göz yaşları

“Mentalitet” və ya “mental düşüncə” az qala hər gün eşitdiyimiz, oxuduğumuz ifadələrdi. Bəs yaxşı, əslində bu “mentalitet” nədir?

Elmdə “mentalitet” – psixoloji, etnik, kulturoloji termin olaraq, müxtəlif məna çalarlarına malikdi. Bəzən “mentalitet” – başqalarının düşüncə tərzi kimi göstərilir. Bəlkə də bizdə “el nə deyər” ifadəsi də belə formalaşıb, ictimai qınaq xofu belə yaranıb. Yəni mənim hiss etdiyim yox, başqalarının nə düşündüyü məsələsi…

Güman edilir ki, bu söz elmə Levi Brül tərəfindən gətirilib. Onun izahında “mentalitet” – birilərinin qəbul etdiyi həqiqətləri başqalarına zorla yeritmək siyasətidi.

Mentalitet  – latın dilində “mentis” – ruh, daha dar mənada – ağıl sözündən götürülüb. Mentalitet sözünün ən populyar olan tərifinə görə, “mentalitet” – əqli, emosional, mədəni özəlliklərin cəmidir, bura toplumun (sosial, yaxud etnik qrupun, millətin, xalqın) dəyərlərə və qaydalara olan münasibətindəki özəlliklər daxildir.

Amma “mentalitet” sözünün bəlkə də minlərlə başqa tərifi də mövcuddu. Sosioloqların elmə gətirdiyi bu ifadəyə, sonrada yüz illər boyunca politoloqlar, kulturoloqlar, konfliktoloqlar, nə bilim nə-oloqlar baş vurub, hərə öz izahını veriblər.  Hətta nəyisə dəqiqləşdirmək üçün üz tutduğumuz Vikipediya belə “Mentalitet” sözünin türkcə bir izahı, rusca başqa izahı, ingiliscə başqa isahı, azərbaycanca tam başqa izahı verilib. Vikipediya.az-da “mentalitet” – sürü instinkti, heyvanlara xas olan xüsusiyyətlər kimi göstərilib.

Mentalitet mövzusu olduqca dərin və xeyli mübahisəli olduğu üçün bu yazıda onun yalnız bir aspektinə toxunacam: bizim toplumda evlənməyə və gəlinə olan münasibət məsələsinə.

Yabançı ideyaları, bəzən isə çürük stereotipləri mənimsəməkdə usta olduğumuz üçün, bu qaydaları ilk öncə əzizlərimizə tətbiq edirik. Bizim cəmiyyətdə “mentalitet” namus-qeyrət və ənənələrin çəki əmsalı kimi götürülür. Xüsusən də evlilik mövzusunda bu nuanslar mütləq rol oynayır.

Əvvəllər oğlan-qız tanış olar, sevərdilər, sonra ailə işə qarışardı. Ailəsi, nəsli-kökü, qızın əxlaqı ilə maraqlanardılar. Bunu mentalitetə bağlayardıq, normal qəbul edərdik…

Əslində isə ailənin sağlam təməlinin qoyulmasında ən vacib şərt ailələr faktoru deyil, sevənlər faktorudu. Nə yazıq ki, zaman-zaman bunu unuduruq, övladlarımızı bədbəxt etmək üçün əldən-ayaqdan gedirik.

Müxtəlif misallar gətirmək olar. Biri qonşusunun unversitetdə oxuyan qızı ilə maraqlanır. – “Gedək bir görek”, deyir. Deyirəm, – oğlan görübmü qızı?

– Əsas anasıdı, anası bəyənsin, sonra, – cavabını verir.

Ata bu ifadələri elə arxayınlıqla işlədir ki, sanki gəlini ilə oğlu yox, xanımı yaşayacaq. Axı ali təhsil almiş, yaşı 25-dən yuxarı olan bir gənc necə olur ki, öz həyatı ilə bağlı doğru qərar verə bilmir?!

Məncə, bu ailədə artıq çoxdan qaynana stereotipi formalaşıb. Ananın övladı dünyaya gətirib, böyüdüb, boya-başa çatdırması o demək deyil ki, onun həyatına müdaxiləsi hər cəhətdən haqqlı olacaq.

Başqa misal. Ana oğlunu evləndirməkdən qorxur. Səbəb – gəlini ilə əziz oğlunu paylaşa bilməmək qorxusu, yaxud “gəlin qızlarımın ayağını kəsəcək evimdən” qorxusu, bu ve ya diger fobiyalar.

Danilmaz faktdır ki, valideynlərin sazişi əsasında qurulan ailələnin ömrü, heç də izdivaca girən nəsil-kökün sanballı qədər uzun olmur…

Anlamaq lazımdır ki, övladlar böyüyür, arzuları da onlarla birlikdə. Övlada “səni dünyaya gətirmişəm, böyütmüşəm” tənəsi vurmaq lazım deyil…

Həqiqətləri qəbul etmek lazımdı. Valideyin övladlarını məhz onların istədiyi üçün yox, bilavasitə özlərinin ehtiyacları olduğu üçün dünyaya gətirir…

Övladları erkən nigahlara məcbur edib, öz iradənizlə evlendirməkdənsə, onların düzgün qərarlar verməsində onlara dəstək olun.

Bəzən daha idbar yanaşmalar haqqında da oxuyuruq, eşidirik, bunun sayəsində sevdiklərinə qovuşa bilməyən gənclərin necə bədbəxt olduqlarını öyrənirik. Bunu edənlər isə öz əməllərini tək özlərini “ağıllı” bilmələri ilə yox, həm də adət-ənənə ilə, “mentalitet”lə izah etməyə çalışırlar.

Mental xüsusiyyətlərin bir günə formalaşmadığını qəbul ediriksə, onun dəyişdiyini, dəyişə bildiyini də qəbul etməliyik. Hələ uşaqların göbəyi kəsilməmiş, onların nişanlaması dövrünü də yaşayıb cəmiyyətimiz. Amma o, keçmiş idi, başqa dövr idi. O dövrün adətləri kimlərinsə göz yaşlarına, bədbəxliyinə səbəb olursa, bu haqda da düşünməliyik…



This post has been seen 116 times.

One thought on “Mental göz yaşları

  • 03.12.2016 at 22:49
    Permalink

    Does your blog have a contact page? I’m having a tough time locating it but, I’d like to send you an email. I’ve got some ideas for your blog you might be interested in hearing. Either way, great blog and I look forward to seeing it improve over time.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: