Əli Kərimlinin ittihamlarına Müsavatdan cavab

Gülağa Aslanlı: “Hər kəs bilməlidir ki…”

AXCP sədri Əli Kərimlinin Meydan TV-yə son müsahibəsi demokratik düşərgədə narazılıqla qarşılanıb. Hakimiyyətin ciddi böhran içində olduğu və hər kəsin etirazları rejimə qarşı yönləndirməli olduğu indiki dönəmdə Əli Kərimli AXCP və Milli Şuradan başqa müxalifətdə heç kəsin olmadığı qənaətini yaratmağa çalışıb.

Müxalifətin birliyi perspektivi ilə bağlı jurnalistin sualına cavab verərkən isə Əli Kərimli daha da irəli gedib: “İndi siz nəyə görə müxalifətin satın alınmış, hökumətin ram etdiyi, yaxud faktiki fəaliyyət göstərməyənləri hesaba salıb “müxalifət dağınıqdır” tezisini yenidən gündəmə gətirirsiniz?”

Jurnalistin bunun ardınca verdiyi “Siz Müsavat Partiyasını satın alınmış hesab edirsiniz?” sualına cavabında isə Əli Kərimli əvvəl söylədiyi ittihamın Müsavata aid olduğunu inkar etməyib, əksinə “kimlərin ciddi müxalifətçilik edə bilməsi ortadır” deməklə ittihamının Müsavata aid olduğulunu təsdiqləmiş olub. AXCP sədri 2013-cü ilin prezident seçkilərini də rəhbəri olduğu təşkilatın adına yazıb.

Əli Kərimlinin bu və digər ittihamlarına Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı cavab verib. Gülağa Aslanlının cavab yazısını təqdim edirik:

Müsavat Partiyası daim siyasi mübarizəni müxalifət daxilindən çıxartmağa çalışıb. Cəmiyyətin maraqlarını nəzərə alaraq bəzi  tərəfdaşların təkəbbürlü, qeyri-adekvat davranışlarına rəğmən, hakimiyyətin basqısına qarşı ümumi müqavimətin təşkili üçün konkret addımlar atmışıq. Müsavat başqanı Arif Hacılı rejimə qarşı birgə mübarizəni təşkil etmək üçün həm Cəmil Həsənli ilə, həm də Əli Kərimli ilə görüşlər keçirib, konkret əməkdaşlıq təklifləri ilə çıxış edib. Bundan sonra da belə olacaq. Biz cəmiyyətin konsolidasiyasına çalışırıq, çünki Müsavat Partiyası 100 ildın çoxdur bu xalqın, bu dövlətin maraqlarınin ifadəçisi, cəmiyyətin əsas dayaqlarından biridir.

Ancaq dövlət mənafeləri, cəmiyyətin maraqları, müsavatçıların haqqlarından söhbət gedəndə heç kəs bizdən güzəşt gözləməsin. Biz prinsipləri naminə ölüm düşərgələrinə, Solovki sürgünlərinə hazır olan müsavatçıların xələfləriyik.

Əli Kərimli Meydan TV yə müsahibəsində dedikləri 2013-cü ildə siyasi proseslərdə fəallıq edən müsavatçılara qarşı həqarətdir.

2013-cü il prezident seçkilərinin əsas resursu Müsavat Partiyası idi.

  1. 2013-cü ildə seçkilər ərəfəsində – Rüstəm İbrahimbəyovun reytinqinin bəlkə də pik dövründə müstəqil “Adam” sosioloji sorğu mərkəzinin keçirdiyi sorğunun nəticəsinə görə, İsa Qəmbər birinci, Rüstəm İbrahimbəyov isə üçüncü yerdə idi. Biz birlik naminə güzəştə getdik. Müxalifətin seçkilərdə vahid namizədlə iştirak etməsi yalnız bunun sayəsində mümkün oldu.
  2. Biz milyonerlər ittifaqının namizədinin Azərbaycan demokratik qüvvələrinin namizədi ilə əvəz olunmasına nail olduq. Bu məsələdə bizim “ehtiyat vahid namizəd” təklifimizə lağ edənləri, “Ya Rüstəm İbrahimbəyov, ya Rüstəm İbrahimbəyov” (Bu başlıq “Azadlıq” qəzetindəndir – red.) deyənlərin kim olduğu unudulmayıb.
  3. Cəmil Həsənlinin namizədlıyi üçün imzaların əksəriyyətini müsavatçılar topladı.
  4. Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Arif Hacılı idi. Düzdü , burada da süni paritet naminə səhhətində ciddi problemlər olan mərhum Həsən Kərimov qərargahın həmsədri kimi müəyyənləşmişdi. Lakin səhhətindəki problemlərə görə prosesdə ciddi iştirak edə bilmədi. Seçki qərargahına butun kampaniya dövründə yalnız bir neçə gün gəldi.
  5. Padio debatlarında müsavatçılar daha çox təmsil olundu, çünki digərləri bir qayda olaraq bu debatlarda iştirakdan imtina edirdi. (İndi Milli Şura rəhbərliində olan bəzi tərəfdaşlar nəinki seşicilərlə görüşləedə  çıxış etmir, hətta tribunaya çıxmaqdan onlara təziq ola biləcəini əsas gətirib imtina edirdilər).
  6. Müşahidə prosesində əsasən müsavatçılar fəallıq göstərirdi.
    fakt : seçkilərlə bağlı şikayət aktaları və məhkəməyə müraciətlər əsasən müsavatçılar tərəfindən verilmişdi (təqribən 90-10 faiz nisbətində).
  7. Bütün beynəlxalq təşkilatların istinad etdiyi seçkilərə dair ilkin rəyin layihəsini Arif Hacılı hazırlamışdı, NİDA çılar tərcümə edib beynəlxalq müşahidə missiyalarının mətbuat konfransından əvvəl hər yerdə yaymışdılar.
  8. Seçkidə müxalifətin namizədini dəstəkləyən digər təşkilatların qərargahı olmadığı üçün seçki kampaniyası Müsavatın qərargahında təşkil olunurdu.
    və.s, və.i.a.

Bütün bunları , üstəlik, deyək ki, bu prosesdə iştirak edən ReAl-çıların, Nida-çıların, ziyalıların fəailiyyətini inkar edib, 2013 – cü il seçkilərini yalnız AXCP adına yazmaq ədalətsizlikdir.

Biz isə ədalət hissimizi itirməmişik. AXCP-nin həmin seçkilərdə mühüm rolunu heç vaxt inkar etməmişik.

Azərbaycan tarixində Müsavatın, onun dəstəklədiyi namizədin  iştirak etdiyi  elə seçkilər olmayıb ki, seçicilərin əksəriyyətinin səsini almasın. Bu cəmiyyətdən aldığımız dəstəyin göstəricisidir.

Beynəlxalq birliyin münasibəti də adekvatdır. Postsosialist ölkələrinin siyasi liderlərinin konqreslərində Müsavat iştirak edir. Avropa İttifaqının ” Şərq Tərəfdaşlığı” proqramının müzakirəsinə Müsavat dəvət olunur. Cənubi Qafqazda ölkələrarası münasibətləri gələcəyini müəyyənləşdirəcək “Podzdam prosesi”ndə Müsavat iştirak edir. 20 Avropa ölkəsinin səfirləri Müsavat başqanı Arif Hacılı ilə görüşür…

Ölkədə hakim ailə üçün ən mühüm məsələ olan “Avropa Oyunları”nı boykot edən yalnız bir təşkilat – Müsavat oldu. Seçki kampaniyasında hakimiyyətin planlarına mane olan yenə də bir neçə ictimai təşkilatla birlikdə Müsavat oldu.

Müsavat ölkədə daimi struktur fəaliyyəti göstərən, hər həftə ölkəyə və təşkilata aid olan məsələləri kollegial olaraq müzakirə edən, hər üç aydan gec olmayaraq ümumrespublika miqyasında yanə də kollegial olaraq müzakirə təşkil edib qərarlar qəbul edən yeganə siyasi təşkilatdır.

“Müsavat Milli Şuradan niyə çıxdı” – deyən dostlarımız bunun səbəbini hamıdan yaxşı bilir. Sadəcə bizim müsavatçı əxılaqımıza arxayın olduqlarında bu sualı şantaj kimi təkrar- təkrar səsləndirirlər.

Biz yenə də Əlıyev rejimi opponentlərinin daxili mübarizəsini önləmək üçün bu mövzunu dərinləşdirmək niyyətində deyilik.
Biz Azərbaycanın maraqlarınna cavab verən məsələrdə bütün qüvvələrlə əməkdaşlıq etməyə hazırıq. Funksional əməkdaşlıq başqa məsələdir. Amma hər kəs bilməlidir: Müsavat ən azı “Krım Rusiya torpağıdır” və ya ” Xomneyi milli liderdir” deyənlərlə eyni təşkilatda təmsil oluna bilməz. Müsavat gah Vasif Talıbovun şəninə tərif yazan, gah da hər kəsi İlham Əliyevi dəstəkləməyə çağıran şəxslərin təmsil olunduğu təkilatda yer ala bilməz.

Müsavat Azərbaycanın taleyi üçün məsuliyyət daşıyan partiyadır. Müsavat Partiyası da, onun başqanı da həmişə mübarizənin önündə olub, son 25 ildə Bakıda, Moskvada, Avropada, Amerikada oturub böyük bəyanatlar verənləri həlledici mübarizə anında nəinki önümüzdə, heç yanımızda da görməmişik.

Yenə də zınqırovu pişiyin boynuna biz taxacağıq, ən azı buna səmimi cəhd edəcəyik.
Amma bu dəfə daha təvazökarlıq etməyimizin cəmiyyət üçün zərəli olacağını düşünürük. Bu dəfə məsuliyyəti də öz üzərimizə götürəcəyik.

Bir cavab yazın