Bakıda böyrəyini satan şəxs: “Baş kəsim?” – FOTO

Dünən Bakı şəhərində bir nəfərin öz böyrəyini satışa çıxarması barədə xəbər vermişdik. Həmin şəxs Mərkəzi Neftçilər xəstəxanasının qarşısında öz böyrəyini satmaq istəyinin olması ilə bağlı elan vurmuşdu. Criminal.azböyrəyini satmaq istəyən şəxslə əlaqə yaradaraq hansı problem ucbatından böyrəyini satmaq fikrinə düşdüyünü öyrəndi.

Adının çəkilməsini istəməyən şəxs bildirdi ki 32 yaşı var. Dörd nəfərlik ailəsi ilə böyük ehtiyac içərisində yaşayır. Bakıda qəssabların yanında ayda 200 manat əməkhaqqına işləyir.

O, böyrəyini satmasını isə banka olan borcdan yaxa qurtarmaq üçün etdiyini deyir: “Banka 1750 manat borcum var. AGBank-dan 400 manat kredit götürmüşdüm. Faizləri toplandı və gəlib bu məbləğə çatdı. Neçə dəfə məhkəməyə veriblər. Başqa adamlara da ümumilikdə 8000 manat borcum var. Yoldaşımın belində xəstəliyi var. Onu müalicə etdirmək üçün nə etməliyəm? Oğurluq edim, baş kəsim?”.

“İsəyərəm böyrəyimi ehtiyacı olan şəxs’ satım. Onun da problemi həll olunsun, mənim də. Kim istəsə rəsmi qaydada böyrəmi ona verə bilərəm”- deyə o əlavə etdi./Criminal.az

bastainfo.com

image

Bir cavab yazın