Bakıda qohumunu güllələyən şəxs saxlanılıb- YENİLƏNİB

Bakı. Mahir Məmmədli-APA. Bakının Binəqədi rayonunda yeznəsini güllələyən şəxs saxlanılıb.

Bu barədə məlumat APA-ya Binəqədi Rayon Polis İdarəsindən verilib.

Saxlanılan şəxs 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğludur.

03:38

Bakı. Mahir Məmmədli-APA. Bakıda güllələnmə hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu ərazisindəki tikinti materialları bazarında qeydə alınıb.

Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov güllələnib. Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Elmar Canatovun vəziyyəti ağırdır, hazırda əməliyyat olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib. Namiq İsmaylov APA-ya açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb. Artıq şübhəlinin yeri müəyyən edilib və tutulması istiqamətində tədbirlər görülür.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

bastainfo.com

Bir cavab yazın