Həlak olan neftçilərlə bağlı daha bir aksiya

Ötən ilin sonlarında «Günəşli» neft yatağında baş vermiş faciə ilə bağlı daha bir aksiya keçiriləcək. Xəbəral.az xəbər verir ki, bu dəfəki aksiyanın təşkilatçısı NİDA Vətəndaş Hərəkatıdır.

Sosial şəbəkələrdə yayılmış məlumata görə, hərəkat üzvləri dünyasını dəyişmiş neftçilərin 40 mərasimini Dənizkənarı Bulvarda keçirməyi qərarlaşdırıblar. Onlar yaratdıqları eventdə bununla bağlı hamıya çağırış ediblər: «13 yanvar 2016-cı il tarixində “Günəşli” yatağında və Neft Daşlarında neftçilərin həlak olmasına və itkin düşməsinə səbəb olan faciədən 40 gün ötür. Onları anmaq üçün hərkəsi 13 yanvar saat 12:00-dan etibarən Bulvarda saat qülləsinin yanında dənizkənarına qərənfillər düzməyə çağırırıq».

 

bastainfo.com

Bir cavab yazın