Gömrük generalının başı dərddə: Əbülfəs Məlikov “yoxa çıxan” pulları tələb edir

Gömrük sahəsində şəffaflığın yaradılması ilə bağlı geniş ictimaiyyətin haqlı tələblərinin səslənməsi fonunda dövlət komitəsinin rəhbərliyi yenə əvvəlki ampulasındadır.

AzToday.az-a daxil olan məlumatlar göstərir ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyinin brokerlərin gömrükdən uzaqlaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir. Belə ki, brokerlər yenə əvvəlki formada olmasa da işlərini davam etdirirlər. Xüsusən də ölkəyə böyük partiyalarla idxal olunan malların gömrük rəsmiləşdirilməsi prosesi brokerlərin iştirakı ilə aparılır.

Gömrüyün “qara kassa”sı adlandırılan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun yeni stuasiyaya uyğun şərtlər hazırladığı və Gömrük Komitəsinin rəhbərliyini də belə işləməyə məcbur etdiyi də yayılan məlumatlar sırasındadır.

Bu arada Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla Əbülfəz Məlikov arasında gərginlik yaşandığı bildilir. Məlumatlarda iddia olunur ki, Vüsal Novruzovun ötən ilin son iki ayında həyata keçirdiyi gömrük rəsmiləşdirmələrinin əksəriyyətini Əbülfəs Məlikovsuz həyata keçirib. Bu səbəbdən də Vüsal Novruzovla Əbülfəs Məlikovun arasında gərginlik müşahidə olunur. Söhbət böyük məbləğdə pulun “ümumi kassa”dan yayındırılmasından gedir. Əbülfəs Məlikovun Vüsal Novruzovdan sözügedən məbləği tələb etdiyi, lakin Vüsal Novruzov isə pulu başqa yerə (məlumatlarda həmin başqa yerin adı da çəkilsə də, hələlik onu açıqlamağı lazim bilmirik – red) verdiyi də məlumatlarda iddia olunur.

Tərəflər arasında yaşanan münaqişə hələ də həllini tapmayıb. Bu baxımdan Vüsal Novruzovun ANS-ə verdiyi məlum açıqlama da bunu təsdiq edir: “İşbazlar brokerlər adı altında iş adamları ilə sövdələşməyə getdiyi üçün sonda işadamına böyük ziyan dəyir. Onun idxal etdiyi malın maya dəyərinə təsir göstərir. Biz müraciət edirik – işbazlardan uzaq durun. Bir müddət öncə sahibkarların iştirakı ilə tədbir keçirildi. Orda mən çıxış etdim və sahibkarlara tövsiyə etdim ki, özləri öz mallarını bəyan etsinlər və etdilər, nəticəsini də gördülər”.

Göründüyü kimi Vüsal Novruzov ancaq bu yolla Əbülfəs Məlikova təsir etməklə “yoxa çıxan” pulların ondan tələb olunmamasına nail olmaq istəyir…

Tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

 

bastainfo.com

Bir cavab yazın