Azərbaycanın öldürülən vəzifəliləri – ARAŞDIRMA!

Xəbər verildiyi kimi, Bakıda taxıl kombinatının direktoru qətlə yetirilib. Belə ki, bu il yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Dərhal polis və prokurorluq əməkdaşlarının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Arqument.Az xəbər verir ki, qaynar.info-nun araşdırmasına görə, bu son illərdə qətlə yetirilən ilk vəzifəli şəxs deyil. Belə ki:

2004-cü il sentyabrın 1-də səhər Bakı şəhər sakini Fizuli İsgəndərovBabək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb.

Çox keçmədən qətlin digər təfərrüatları da məlum olub. Məlumata görə, qatil maskada olub. O, qurbana 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması İsgəndərovun müqavimət göstərməsindən xəbər verir. Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb. Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib.

Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.

Məlum olub ki, qətlə yetirilən 50 yaşlı Fizuli Haqverdi oğlu İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində çalışıb.

Sonradan onun xanımı tərəfindən qətlə yetirildiyi məlum olub.

2014-cü ilin ilin yayında “Qarant Sığorta” şirkətinin İdarə Heyətinin üzvüNatəvan Əliyeva qətlə yetirilib. Bu barədə həmin vaxt Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, polis və FHN əməkdaşları tərəfindən “Qarant Sığorta” əməkdaşının mənzilinə baxış zamanı onun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

2015-ci ilin aprelində “Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının sədriAzər Məmmədov qətlə yetirilib. O, həm də Milli Məclisin şöbə müdiri Adilə Abbasovanın qardaşı oğlu imiş.

Azər Məmmədov “Avropa” otelindəki davada bıçaqlanaraq qətlə yetirilib.

Yenə ötən ilin iyununda Abşeron rayonunda baş verən dəhşətli qətl hadisəsi isə ölkədə böyük rezonans doğurub. Saray qəsəbəsində yaşayan, qəsəbə bələdiyyə sədri və onun həyat yoldaşı amansızcasına öldürülüb.

Hadisə bələdiyyə sədrinin evində olub. Bələdiyyə sədri, 1976-cı il təvəllüdüVəsilə Əbilhəsənova və onun həyat yoldaşı 1976-cı il təvəllüdlüVəfadar Əbilhəsənov bu gecə qətlə yetirilib. Onun boğazında və bədəninin bir neçə nahiyyəsində bıçaq xəsarətləri olub.

Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Artıq polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu ilin noyabrında isə Ağsu rayonunun Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını bıçaqlayaraq qətlə yetirib.

Məlum olub ki, K.Şirinovla E.Eyyubova 3 il əvvəl boşanıb. Onların nikahından 2 azyaşlı körpəsi qalıb.

Boşandıqdan sonra onlar arasındakı münasibətlərdə gərginlik davam edib. Hətta E.Eyyubova keçmiş həyat yoldaşının aliment ödəməməsinə görə məhkəmə qarşısında iddia qaldırıb və məhkəmənin hökmü ilə 32 yaşlı Kabus 20 sutka müddətinə inzibati həbsə məhkum edilib.

Oktyabrın 21-də həbsdən çıxan Kabus yenidən qonşu kəndə, keçmiş həyat yoldaşının evinə gedib. Uşaqlarını görmək üçün E.Eyyubovanın evinə gedən K.Şirinov burada onunla dalaşıb və münaqişə zəminində bıçağa əl atıb.

Qeyd edək ki, qətlə yetirilən qadın rayonun Hacıqədirli kəndində yerləşən 4 illik orta məktəbin direktoru imiş./Arqument.Az

 

bastainfo.com

Bir cavab yazın