Baş səfərbərin 2 milyonluq VİLLASI VAR-İDDİA

Ölkədə milli manatın ABŞ dolları qarşısında artıq ölümcül hala,sözün doğrusunu desək manatın komaya düşərək reanimasiyaya yerləşdirilməsi baş versə də, bu hal ölkənin müxtəlif oliqarxlarına təsir etməyib. Yenə də onlar həmişəki kimi naz-neymət içərisində öz günlərini necə var eləcədə yaşayırlar.Əksinə manatın koma halına düşməsi belələrinə sərfəlidir və onlar bir gecə içərisində əllərindəki manatı tanış banklarda ABŞ dollarına çevirməklə daha da varlandılar. Belə varlı-karlı oliqarxlardan biridə artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovdur.
Vətəninfo.az-ın elektron ünvanına Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşən bir malikanənin fotoları daxil olub. Reddaksiyamızın elektron ünvanına daxil olan məlumatda iddia edilir ki, fotolardakı qiyməti milyon dollarlala ölçülən bu maikanənin sahibi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovdur.

Əgər məlumatda iddia edildiyi kimi doğurdan da belə bir malikanə və belə bir bahalı avtomobil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovundursa, o zaman ölkənin müvafiq dövlət orqanları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun sahib olduğu əmlakı necə əldə etdiyini araşdırmalıdırlar. Çox maraqlıdır ki, ölkədə səfərbərliyə birbaşa rəhbərlik edən,və rəhbərlik etdiyi sahənin bütün xərclərini dövlətin qarşıladığını diqqətə alsaq Arzu Rəhimovun belə bir cəh-cəlala necə sahib olduğu aydınlaşmalıdır.Əgər doğurdan da fotodakı bu malikanə Arzu Rəhimova məxsusdursa.

Bir məsələn diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycanda müxtəlif tip məmurlar əmlak vergisindən yayınmaq üçün belə dəb-dəbəli daşınmaz əmlakları bəzən yaxın qohumlarının,sürücülərinin və digər şəxslərin adına sənədləşdirərək gözdən pərdə də asa bilirlər. Daxil olan məlumatda iddia edilir ki, fotodakı malikanədə yaşayış yoxdur.Malikanənin qarajında 5 lüks avtomobil vardır ki, bu avtomobillərin ümumi dəyəri 500 yüz min manata yaxındır. Fotoları redaksiyamıza göndərilən mənbə iddia edir ki, malikanənin Arzu Rəhimovun Tahir adlı şəxsdən 1-il əvvəl 2-milyon manata alıb.Daxil olan məlumatda qeyd edilir ki, hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir.

Redaksiyadan: Bir daha bəyan edirik ki, fotolar və bəzi iddia edilən məlumatlar redaksiyamızın elektron ünvanına adını açıqlamaqdan imtina edən mənbə tərəfindən göndərilib.Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq./Xeberci.tv

bastainfo.com

Bir cavab yazın