Eləcə söhbət olsun deyə…

Ölkənin indiki vəziyyətinə görə yazmıram.

Eləcə söhbət olsun deyə…
– Bir nəfərin qəzada əlinin biri biləkdən kəsilir.

Ha ürək-dirək veririlər olmur, adam çıxışı olmayan depressiyaya düşür.

Nəhayət intihar qərarını həyata keçirtmək üçün üz tutur dənizə tərəf.

Yolda görür ki, iki biləkdən əlləri olmayan biri yolda cürbəcür səslər çıxardıb atılıb düşür.

Adam fikirləşir ki, ay allah, mən bir əlimin şikəstliyinə dözə bilməyib ölümə gedirəm, adam iki əli olmaya-olmaya sevinir, atılıb-düşür.

Özünü saxlaya bilməyib adama: – Halal olsun səndəki həyat eşqinə qardaş, deyir, bu boyda dərdin qabağında sınmayıb oynaya da bilirsən.

Həmin şikəst tərs-tərs ona baxıb cavab verir:

– Nə həyat eşqi, nə oynaması ay bədbəxtin oğlu. Mənim sadəcə yanım qaşınır, ona görə atılıb-düşürəm.

Qaşımağa əllərim yoxdu deyə, anladın?!

Nazlı Ağayeva

 

Bastainfo.com

Bir cavab yazın