İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.

 

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

 

bastainfo.com

Bir cavab yazın