Müsavat İTV-dən efir vaxtı istədi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə iclasda qərarların icrası və görülən işlər barədə məlumatlar dinlənilib.

Yanvarın 14-də Gəncə şəhəri Nizami rayon məhkəməsində Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətinin deputat Naqif Həmzəyev tərəfindən təhqir edilməsi ilə bağlı Müsavatın şikayətinə dair məhkəmənin hazırlıq iclasının keçiriləcəyi barədə məlumat verilib.

Müsavat Partiyası ölkədə yaranan iqtisadi böhrandan çıxış yolunun tapılmasında medianın da məsuliyyət daşıdığını vurğulayaraq, AzTV və İTV televiziya kanallarında mütəxəssislərin, siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkədəki sosial və iqtisadi vəziyyətlə bağlı ictimai diskussiyaların təşkilinin vacibliyini bir daha bəyan edib.

Divanda “İctimai televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq İctimai Televiziyadan çıxış üçün efir vaxtının ayrılması ilə bağlı müraciət olunması qərara alınıb.

Sonda cari məsələlərə baxılıb.

Bir cavab yazın